Sumqayıt Tibb Kollecində “Sağlam həyat – sağlam gələcək” adlı maarifləndirmə aksiyası keçirilib. Sumqayıt24 bu haqda 19 dekabr tarixində xəbər verir.
Tədbir İnsanın İmmunçatışmazlığı Virusu mövzusunda olub. Respublika QİÇS ilə Mübarizə Mərkəzinin Sumqayıt Regional Laboratoriyasının mütəxəssisləri kollecin şagirdlərinə virusun fəsadları, Azərbaycanda yoluxma səviyyəsi, gənclər arasında xəstəliyin yayılma təhlükəsi, yoluxma və virusdan qorunmağın yollarından danışıblar.
Həmçinin səyyar tibbi müayinə məntəqəsində müəllim və tələbələr ekspres-testdən keçiblər. İİV/QİÇS-yə aid broşürlər və bukletlər paylanılıb.