Sumqayıtda qadın meyiti tapılıb. Sumqayıt24 bu haqda 20 iyul tarixində Lent.az-a istinadən xəbər verir.
Hadisə H.Z. Tağıyev qəsəbəsində baş verib. 80 yaşlı Yelizaveta Kaşburun tanışları ondan bir neçə gün məlumat ala bilməyiblər. Nəticədə onlar evə baxış keçiriblər və onun öldüyünü müəyyən ediblər.
Məlumata görə, qadın evdə tək yaşayırdı.