Sumqayıtda kişi bıçaqlanıb. Sumqayıt24 bu haqda 30 avqust tarixində Den.az-a istinadən xəbər verir.
Hadisə 4-cü mikrorayonda baş verib. Məlumata görə, 44 yaşlı şəhər sakini Elşən Əliyevi mübahisə zamanı tanışı bıçaqlayıb. O, qarnının kəsilmiş-deşilmiş yaraları ilə dərhal xəstəxanaya çatdırılıb.
Araşdırma aparılır.