Sumqayıt bulvarında yeni tullantı suları kollektoru tikilib. Sumqayıt24 bu barədə 2 sentyabr tarixində Apa.az-a istinadən xəbər verir.
Artıq Xəzərə axıdılan tullantı sularının qarşısı alınıb. Bu haqda “Azərsu” ASC-nin Planlaşdırma və Layihələndirmə Departamentinin rəisi Bahadur Kəngərli bildirib. O qeyd edib ki, hazırda Acıdərə kanalı vasitəsilə şəhər istiqamətindən tullantı sularının qarşısının alınması üçün işlər görülür.