Sumqayıt Heydər Əliyev Mərkəzində “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib. Bu haqda 16 noyabr tarixində Sumqayıt24 STM-ə istinadən məlumat verir.
Tədbirdə şəhər İcra Hakimiyyəti başçısının müavini, gender zorakılığı və uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması məqsədilə yaradılan monitorinq qrupunun sədri Ülviyyə Müzəffərova, 7 ailə sağlamlıq mərkəzinin (ASM) baş həkimləri və İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Ramil Zeynallı iştirak ediblər.
Çıxış edən mütəxəssislər uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumat veriblər. Toplantı ümumi müzakirələrlə başa çatıb.