Sumqayıtda “Yox de xarici dil qorxularına!” adlı sertifikatlı master-klas keçiriləcək. Sumqayıt24 bu haqda 14 oktyabr tarixində xəbər verir.
Spikerlər Diana Çobanova və Mədinə Məlikova “Rus dili çətindir?!” mövzusu ətrafında danışacaqlar. Onlar iştirakçılara dil öyrənərkən yaşadıqları problemin həlli yolunu tapmaq üçün məsləhətlər verəcəklər.
Qeyd edək ki, ödənişsiz təlim “Eland” Tədris Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən təşkil olunur. İştirak üçün (055) 780-16-46 nömrəsi ilə əlaqə saxlanılmalıdır.
Tarix: 29 oktyabr.
Vaxt: 12:00.
Ünvan: Heydər Əliyev Mərkəzi.