top
Sumqayıtda xəstəxana ilə bağlı CİDDİ İDDİALAR
30 yanvar 2026, 16:54
- ↺ +

Sumqayıtda xəstəxana ilə bağlı CİDDİ İDDİALAR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

1 nömrəli Sumqayıt şəhər Xəstəxanası ilə bağlı Cebheinfo.az-a daxil olan iddialara görə, tibb müəssisəsində aparılan öd kisəsi əməliyyatı zamanı xəstənin qaraciyəri zədələnib və məhz bu hadisə səbəbindən Mətləb Musayev baş həkim vəzifəsindən azad olunub.

Bununla yanaşı, tibb müəssisəsində mövcud şəraitlə bağlı da narazılıqlar səsləndirilir. Qış mövsümü olmasına baxmayaraq, bəzi şöbələrdə istilik təchizatının normal işləmədiyi, radiatorların bir hissəsinin sıradan çıxdığı, nəticədə pasiyentlərin və tibbi personalın soyuq şəraitdə qalmaq məcburiyyətində olduğu bildirilir. Eyni zamanda, dəhlizlərdə və bəzi otaqlarda işıqlandırma ilə bağlı problemlərin olduğu da iddia olunur.

Sumqayit24.az iddiaların nə dərəcədə doğru olub-olmadığını öyrənmək üçün Sumqayıt Tibb Mərkəzinə (STM) sorğu ünvanlayıb. Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələri ilə bağlı səsləndirilən iddialar diqqətlə araşdırılır və mövcud qanunvericiliklə tibbi protokollar çərçivəsində qiymətləndirilir:

 

"1 nömrəli Şəhər Xəstəxanasında baş vermiş kadr dəyişikliyi ilə əlaqədar qeyd edirik ki, Mətləb Musayev öz istəyi ilə 09.01.2026-cı il tarixində Mərkəzin direktoru Elnur Azadxanovun əmri əsasında baş həkim vəzifəsindən azad olunaraq ixtisasına uyğun olaraq Urologiya şöbəsində həkim-uroloq vəzifəsinə keçirilib.

 

Kadr dəyişiklikləri planlı idarəetmə və kadr siyasəti çərçivəsində həyata keçirilir. Hazırda xəstəxananın idarə olunması qüvvədə olan qaydalara uyğun təmin olunur. Əməliyyat zamanı tibbi yanlışlıqla bağlı iddialarla əlaqədar bildiririk ki, daxil olan hər bir şikayət müvafiq qaydada araşdırılır.

 

Sözügedən fakt hazırda araşdırma mərhələsindədir və rəsmi tibbi ekspertiza rəyi olmadan yekun qiymətləndirmə aparıla bilməz. Araşdırmanın nəticələrinə uyğun olaraq zəruri tədbirlər görüləcək. Xəstəxanada istilik və işıqlandırma ilə bağlı məsələlərə gəlincə, maddi-texniki vəziyyət mütəmadi nəzarətdə saxlanılır, yaranan texniki nasazlıqlar operativ şəkildə aradan qaldırılır.

 

Sumqayıt Tibb Mərkəzinin əsas prioriteti pasiyentlərin təhlükəsizliyi, tibbi xidmətlərin keyfiyyəti və müvafiq şəraitin təmin olunmasıdır. Daxil olan bütün müraciətlər obyektiv şəkildə araşdırılır".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:40

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 17:10

Sumqayıtda 17 və 17A nömrəli avtobuslar nə vaxt yenilənəcək? - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 16:25

Sumqayıtda təhsil işçiləri təltif olundu

Bütün xəbərlər
Bu gün, 16:00

"Sumqayıt"ın ev oyunları hansı stadionda keçiriləcək? - RƏSMİ

İdman
Bu gün, 15:28

Sumqayıtda cüdo üzrə çempionat keçiriləcək

İdman
Bu gün, 14:33

"Sumqayıt" bu gün "Kür-Araz"la qarşılaşacaq

Bütün xəbərlər
Bu gün, 13:56

Vəzifəsindən azad olunan Mirsaleh Seyidov kimdir?

Bütün xəbərlər
Bu gün, 13:40

Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi, xidmətə yeni rəis təyin edildi - SƏRƏNCAM

Bütün xəbərlər
Bu gün, 13:00

Sumqayıtlı Vətən müharibəsi iştirakçısı ailə həyatı qurdu

Bütün xəbərlər
Bu gün, 12:15

Sumqayıtda pandus problemi: maşınlar hərəkətə mane olur

Bütün xəbərlər
Bu gün, 11:10

"Bolt"un sürücünə qarşı cinayət törədən cəzadan narazıdır

Bütün xəbərlər
Bu gün, 10:41

Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı

Bütün xəbərlər
Bu gün, 09:45

Sumqayıt məhkəməsində anasının üzərinə benzin töküb yandırana cəza verildi

Bütün xəbərlər
Bu gün, 09:08

Əməkdar artist Dilarə Əliyevanın doğum günüdür

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
Dünən, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
Dünən, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
Dünən, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
Dünən, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
Dünən, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
Dünən, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Oxşar xəbərlər