Laçın rayonuna növbəti köç reallaşıb. Sumqayıt24 bu haqda 15 dekabr tarixində Report.az-a istinadən xəbər verir.
Sumqayıtdan 3 keçmiş məcburi köçkün ailəsi (10 nəfər) bərpa edilən və yenidən qurulan Zabux kəndinə köçüb. Onlar “Qobu park 3” yaşayış kompleksindən yola düşüblər. Ailələlər yenidən tikilən evlərdə məskunlaşacaqlar.