Sumqayıtda yeniyetmə itkin düşüb. Bu haqda 30 oktyabr tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Hadisə oktyabrın 27-si Xəzər bağları yaşayış massivində qeydə alınıb. Sumqayıt şəhər sakini, 15 yaşlı Zamiq Bayramov yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı polis məlumatlandırılıb.