Keçmiş məcburi köçkünlərin Laçına qayıdışı davam edir. Sumqayıt24 bu barədə 30 oktyabr tarixində Report.az-a istinadən xəbər verir.
Bu gün Sumqayıt və Bakıdan 16 ailə (59 nəfər) Qaradağ rayonundan Laçına yola salınıb. Onları Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Laçın RİH-nin nümayəndələri müşayiət ediblər.
Köçürülən ailələr vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.