Sumqayıt şəhərində yaşayan gənc oğlanlar “Gənclər Qız Uşaqlarının Dəyərinin Təşviqi və Gender Bərabərliyi Uğrunda” adlı düşərgəyə qatıla bilərlər. Bu barədə 23 avqust tarixində “UNFPA Azerbaijan” səhifəsinə istinadən xəbər veririk.
Düşərgə 6-9 sentyabr tarixlərində Mingəçevirdə təşkil olunacaq. Bu müddətdə iştirakçılar üçün:
Layihə Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondunun təşkilatçılığı və "Forest School Azerbaijan"-nın dəstəyi ilə həyata keçiriləcək. Düşərgənin keçirilməsində məqsəd gənclərin iştirakçılığı yolu ilə qız uşaqlarına münasibətdə cəmiyyətdə mövcud olan stereotiplərin aradan qaldırılmasına və qız övladının dəyərinin təşviqinə dəstək verməkdən ibarətdir.