Sumqayıtda dövlət qurumu tərəfindən elan edilmiş 2 tenderin nəticələri məlum olub. Bu haqda 13 oktyabr tarixində Sumqayıt24 Fed.az-a istinadən məlumat verir.
"Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi" tərəfindən təşkil olunan auksionların qalibi “Retro Construction Group” MMC olub.
Küçə və məhəllə-mikrorayon ərazilərində asfalt örtüyünün əsaslı təmiri işlərinə 278.967 manat, səki və parklarda abadlıq işlərinin aparılması üçün isə qalib şirkətə 222.464 manat ödəniləcək.