Binəqədi və Abşeron rayonlarının bir hissəsi Sumqayıta verilir. Sumqayıt24 bu haqda 3 oktyabr tarixində xəbər verir.
“Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanun layihəsi qəbul olunub.
Layihəyə əsasən, Binəqədi qəsəbəsinin ərazisindən 1213 ha torpaq sahəsi, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 ha və 2223,67 ha torpaq sahələri Sumqayıt şəhərinin inzibati ərazisinə daxil edilir.