top
Sumqayıtın baş memarı məhkəmədə ifadə verib
16 sentyabr 2023, 08:00
- ↺ +

Sumqayıtın baş memarı məhkəmədə ifadə verib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rüşvət almaqda ittiham olunan jurnalist Əvəz Zeynallının növbəti məhkəməsi olub. Sumqayıt24 bu haqda 16 sentyabr tarixində Xeberle.com-a istinadən xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma şöbəsinin müdiri – şəhərin baş memarı Adil Xudadatov ifadə verib.

Şahid qismində çıxış edən Adil Xudadatov bildirib ki, Elnur Şükürov idarəyə gələrək onunla danışmaq istəyib:

"2018-ci ildən bəri tikinti şöbəsinin rəisiyəm. Elnur Şükürovu, Əvəz Zeynallını ancaq sosial şəbəkələrdə görmüşəm. Memarlıq idarəsində çox az-az oluram. Elə idarədə olduğum günlərdən biri idi. Mühafizədən zəng etdilər ki, Elnur Şükürov səninlə görüşmək istəyir.

Jurnalist olduğu üçün başçı Zakir Fərəcova məlumat verdim. Mənə dedi ki, qəbul edim və işlərinə kömək edim. Zakir müəllim artıq məlumatlı idi”.

Onun sözlərinə görə, Elnur Şükürov Nəzakət Cəfərovanın işi ilə bağlı müraciət edib:

"Elnur Şükürovu otağıma dəvət etdim. Yanında Teymur adlı biri vardı. Cənab başçı deyəndən sonra Elnur Şükürov gəldi, onu dinlədim, o gedəndən sonra məsələni başçıya məruzə etdim. Zakir Fərəcov da dedi ki, ona kömək edim. Mən də tapşırıq verdim, sənədləri hazırladılar".

Təqsirləndirilən şəxs Elnur Şükürov Zakir Fərəcovla görüşdüyünü təsdiqləyib:

"Mən bunu həmişə demişəm ki, icra başçısı ilə bir neçə dəfə görüşmüşəm. Bu işlə bağlı mən Zakir Fərəcovla görüşəndə Zakir müəllim dedi ki, məzuniyyətə gedir. Ona görə də mənim yanımda Adil müəllimə zəng vurub məni tapşırdı. Mən də Adil müəllimlə görüşdüm, o da məsələni həll elədi".

Daha sonra şahid Adil Xudadatov prosesdə müdafiə tərəfinin suallarını cavablandırarkən özünü pis vəziyyətə salıb. Vəkil şahiddən Elnur Şükürovun xahişi ilə Nəzakət Cəfərovanın obyektinin sənədləşdirilməsi zaman qanunsuzluğun olub-olmamasını soruşub. Adil Xudadatov isə suala gülünc cavab verib:

"Xeyr! Sənədləşmə prosesində heç bir qanunsuzluq olmayıb. Əgər qanunsuzluq olsaydı, onu da yoluna qoya bilərdik. Onun da yolları var".

Baş memarın cavabı proses iştirakçılarının gülüşünə səbəb olub.

Məhkəmə iclası sentyabrın 8-nə təxirə salınıb.

Qeyd edək ki, Baş Prokurorluğun rəsmi məlumatında bildirilir ki, Ə. Zeynallının ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habələ Elnur Şükürovla vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Əvəz Zeynalova Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, hadisə ötən ilin avqustunda baş verib. Jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onu həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İddia olunmuşdu ki, Ə. Zeynallı R. Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:33

Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda küləyin sürəti saniyədə 28 metrə çatacaq

Bütün xəbərlər
Dünən, 17:18

Sumqayıtda sürücülər yolu zəbt edir, digərləri çətinlik çəkir

Bütün xəbərlər
Dünən, 16:18

Sumqayıtda ev alan şəhid ailələri nə qədər qənaət edəcəklər?

Bütün xəbərlər
Dünən, 15:18

Sumqayıtlılar səhəri "qazovka" ilə açdı…

Bütün xəbərlər
Dünən, 14:18

Novxanı yolunda qəza - maşın aşdı

Bütün xəbərlər
Dünən, 13:18

Sumqayıtda vəfat edən kişilərin sayı qadınlardan çoxdur

Bütün xəbərlər
Dünən, 12:18

Sumqayıtda təhlükə saçan ağaclarla bağlı tədbir görüldü

Bütün xəbərlər
Dünən, 11:18

Sumqayıt yarım milyon manata təmizlənəcək

Bütün xəbərlər
Dünən, 10:18

Bu şirkət 540 min manata Sumqayıtın "zibilxana"larını abadlaşdıracaq

Bütün xəbərlər
Dünən, 09:18

Sürücülərin "kabus"una çevrilən Sumqayıt yolları

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

Bütün xəbərlər
06 noyabr 2026, 19:30

Sarayın bu küçəsini yağışlı havada keçmək müşkülə çevrilir…

Bütün xəbərlər
06 noyabr 2026, 19:00

Sumqayıtda sakinləri narahat edən təhlükəli vəziyyət

İdman
06 noyabr 2026, 18:00

"Sumqayıt"ın 18 yaşlı futbolçusu milliyə çağırıldı

Bütün xəbərlər
06 noyabr 2026, 17:30

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Bütün xəbərlər
06 noyabr 2026, 17:00

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi - DETALLAR

İdman
06 noyabr 2026, 16:30

"Sumqayıt" doğma meydana qayıdır? - AÇIQLAMA

Bütün xəbərlər
06 noyabr 2026, 15:55

Sumqayıtda şənbə günü hava necə olacaq?

Bütün xəbərlər
06 noyabr 2026, 15:25

Sumqayıt kolleci "Zəfər Günü"nü belə qeyd etdi

Bütün xəbərlər
06 noyabr 2026, 15:19

Sumqayıtda şüşə emalına başlanılır - 70 yeni iş yeri yaradılacaq

Bütün xəbərlər
06 noyabr 2026, 14:55

Sumqayıtın körpü və tunelləri yağışlı mövsümə nə dərəcədə hazırdır?

Oxşar xəbərlər