Sumqayıt şəhərinin, Binəqədi və Abşeron rayonlarının sərhədləri müəyyənləşdiriləcək. Sumqayıt24 bu haqda 30 sentyabr tarixində xəbər verir.
“Bakı şəhərinin Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq. Layihəyə oktyabrın 3-də Regional məsələlər komitəsinin iclasında baxılacaq.