Sumqayıtda istirahət mərkəzində partlayış olub. Sumqayıt24 bu barədə 31 avqust tarixində Apa-ya istinadən xəbər verir.
Hadisə Corat-Novxanı yolunda yerləşən “Sunset” istirahət mərkəzində qeydə alınıb. İstirahət mərkəzinin suqızdırıcı (kombi) sistemində ani partlayış baş verib. Nəticədə 3 nəfər xəsarət alıb. Zərərçəkənlər Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Baş vermiş partlayışla əlaqədar Sumqayıt şəhər Prokurorluğunda araşdırmaya başlanılıb.