Sumqayıt-Xırdalan-Bakı reysində gecikimə olub. Sumqayıt24 bu haqda 26 sentyabr tarixində Oxu.az-a istinadən xəbər verir.
Səhər saat 08:37-də Biləcəri stansiyasından çıxmalı olan Sumqayıt-Xırdalan-Bakı sürət qatarı gecikib. Qatarlarda sıxlıq olsa da, havalandırma sistemi işləmir. Bu da sərnişinlərin narazılığına səbəb olub.
Havalandırmanın işləməməsi səbəbindən bəzi sərnişinlərin səhhətində problem yaranıb.