Bakı-Sumqayıt qatarlarında təmassız ödənişlə bağlı problem yaranıb. Sumqayıt24 bu haqda 31 iyul tarixində Bizim.media-ya istinadən xəbər verir.
Belə ki, sərnişin gediş haqqını “Apple Pay” və ya “Google Pay” vasitəsilə ödəyərkən məbləğ onun kartından iki dəfə çıxılıb. “MasterCard” şirkətindən bildirilib ki, "Azərbaycan Dəmiryolları" QSC-yə məxsus qatarlarda təmassız ödənişlərin qəbulu ilə bağlı qısamüddətli NFC problemləri var.