Bakı-Sumqayıt qatarları ilə sərnişindaşımada artım var. Sumqayıt24 bu haqda 7 noyabr tarixində xəbər verir.
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin məlumatına görə, 2023-cü ilin yanvar-sentyabr aylarında sürət qatarlarından 4 milyon 686 min 373 nəfər yararlanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 41% çoxdur.