Ceyranbatan qəsəbəsində ekologiyaya ziyan vuran şəxs cərimələnib. Bu haqda 7 avqust tarixində Sumqayıt24 Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları nəzarət tədbirləri keçiriblər. Aparılan tədbirlər zamanı istifadə müddəti bitmiş un məmulatlarının ətrafa atılması və qalaqlanması faktları müəyyən edilib.
Faktla bağlı Ceyranbatan qəsəbə sakini Məmməd Məmmədov barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.