Bir hektara yaxın açıq ərazidə yanğın olub. Sumqayıt24 bu haqda 7 noyabr tarixində İqtisadiyyat.az-a istinadən xəbər verir.
Hadisə H.Z. Tağıyev qəsəbəsində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin bölmələri əraziyə cəlb olunub. Alov qısa müddətdə söndürülüb. Ətrafdakı tikililərə zərər dəyməyib.
Yanğının yaranma səbəbi araşdırılır.