Sumqayıtda yeniyetmənin qripdən ölməsi ilə bağlı TƏBİB münasibət bildirib. Bu haqda 16 oktyabr tarixində Sumqayıt24 Apa.az-a istinadən məlumat verir.
Xəbər verdiyimiz kimi, hadisə oktyabrın 14-də Yaşıldərə qəsəbəsində baş verib. 15 yaşlı İlqar Sadıqov səhər saatlarında qəfil dünyasını dəyişib.
Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub: "Təcili tibbi yardım briqadaları dərhal çağırış ünvanına yollanıb. 2008-ci il təvəllüdlü vətəndaşın həkiməqədər ölümü qeydə alınıb”.
Yaxınlarının açıqlamasına görə, onun qripdən öldüyü ehtimal edilir.