Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbində “Erkən nikahlar və onların fəsadları” mövzusunda tədbir keçirilib. Bu haqda 30 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Görüşdə çıxış edənlər – 1 nömrəli ASM-in ailə həkimi-pediatrı Sitayə Əzizova, məktəbin psixoloqları Sona İbrahimova və Fərqanə Atayeva yuxarı sinif şagirdlərinə erkən nikahların ailə quran şəxslərə, onların ailə quruluşuna, uşaqlarına, bütövlükdə isə cəmiyyətə mənfi təsir göstərməsindən danışıblar.
Toplantı məktəbliləri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.