Sumqayıtda şəhid övladı ziyarət edilib. Bu haqda 9 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Ziyarətdə 6 nömrəli Ailə Sağlamlıq Mərkəzinin (ASM) baş həkimi Leyla Qafarova və əməkdaşları iştirak ediblər. Qonaqlar şəhid Rahib Babayevin övladı Mələk Babayevanın doğum gününü təbrik ediblər. Onlar səbəbkara tort və hədiyyə bağışlayıblar.