Sumqayıtda transformator partlayıb. Sumqayıt24 bu haqda 9 sentyabr tarixində Xeberle.com-a istinadən xəbər verir.
Hadisə 52-ci məhəllədə, Savalan küçəsində baş verib. Partlayış nəticəsində Daş bazarı adlanan ərazidə elektrik enerjisinin verilişi kəsilib, işıqforun fəaliyyəti dayanıb, yol kəsişmələrində avtomobillərin hərəkətində problemlər yaranıb.
"Azərişıq" ASC-dən verilən məlumata görə, hazırda ərazidə işlər aparılır, qısa müddət ərzində elektrikin verilişi bərpa olunacaq.