Şəhid polis əməkdaşı Asim Camalzadənin yas mərasimi keçirilib. Sumqayıt24 bu haqda 22 sentyabr tarixində xəbər verir.
Xocavənddə erməni diversiya qrupunun törətdiyi mina partlayışında həlak olan Asim Camalzadənin yasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı da iştirak edib.
Səfir A. Camalzadənin atası və yaxınlarına başsağlığı verib.