Saray qəsəbəsində Heydər Əliyevin anım günü qeyd edilib. Sumqayıt24 bu haqda 8 dekabr tarixində DünyaTV-yə istinadən xəbər verir.
Tədbir 2 saylı məktəbdə keçirilib. Burada Abşeron-Xızı regional təhsil idərəsinin əməkdaşları və təhsil işçiləri iştirak ediblər. Məktəbin direktoru Səkinə Abbasova ulu öndərin Azərbaycan tarixi və beynəlxalq aləmdəki rolundan danışıb.
Sonda şagirdlər Heydər Əliyevə həsr olunan şeirlər söyləyiblər, mahnılar ifa ediblər, bədii kompozisiyalar nümayiş etdiriblər. Əməkdar artist Aybəniz Haşımova bülbüllər komandası ilə tədbirə rəng qatıb.