Fövqəladə Hallar Nazirliyi növbəti maarifləndirmə tədbiri keçirib. Sumqayıt24 bu haqda 13 avqust tarixində Fhn.gov.az-a istinadən xəbər verir.
Tədbir Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Sumqayıt Regional Mərkəzi tərəfindən Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli körpələr evi-uşaq bağçasında təşkil olunub.
Vətəndaşlara fövqəladə halların təsnifatı, yanğınlar, zəlzələ, torpaq sürüşməsi, sel və daşqınlar və ölkəmiz üçün xarakterik olan digər fövqəladə hadisələrlə bağlı geniş məlumat verilib, təhlükəsizlik tədbirləri barədə ətraflı danışılıb.
Qeyd edək ki, slaydların müşayiəti ilə edilən təqdimatlar zamanı videoçarxlar da nümayiş olunub.