Sumqayıtda “Azadlığın mübarək, Şuşa” adlı tədbir keçirilib. Sumqayıt24 bu barədə DünyaTV-yə istinadən xəbər verir.
Tədbir Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan 70 nömrəli bağçada təşkil olunub. Bağcanın tərbiyəçi-müəllimləri və uşaqlar vətənpərvərlik mövzusunda müxtəlif şeirlər səsləndiriblər.
Qeyd edək ki, səhnədə Şuşanın məşhur İsa bulağının və “Zəfər ağacı”nın maketləri yer alıb.