Q. Qarayev adına Sumqayıt şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi çıxış edəcək. Sumqayıt24 bu haqda 15 dekabr tarixində xəbər verir.
Söhbət fortepiano ixtisası üzrə IV sinifdə oxuyan Atilla Quliyevdən gedir. O, "Akademik, Xalq və Caz Musiqisi" II Respublika Müsabiqəsinin laureatıdır. Atilla digər laureatlarla birlikdə 21 dekabr saat 12:00-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında konsert verəcək.
Qeyd edək ki, onun müəllimi Esmira Əliyevadır.