“Günəşim” Kukla Teatrı “Fırça izi” master-klası keçirəcək. Sumqayıt24 bu haqda 1 sentyabr tarixində xəbər verir.
Əyləncəli və maraqlı ustad dərsi 17 sentyabr saat 12:00-da başlayacaq. İştirakçılar hazırladıqları əl işlərini özləri ilə aparacaqlar. Qiyməti 10 manat olan biletləri yalnız öncədən və onlayn əldə edə bilərsiniz.
Qeyd edək ki, master-klas yaşı 3-dən yuxarı uşaqlar və böyüklər üçün nəzərdə tutulub.
Əlaqə nömrəsi: (077) 767-12-72.