”Günəşim” Kukla Teatrı tərəfindən “Burger” master-klası keçiriləcək. Bu haqda 9 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Oktyabrın 22-si saat 12:00-da baş tutacaq ustad dərsinə 4 yaşdan yuxarı uşaqlar və böyüklər qatıla bilərlər.
“El toro Burger” restoranında təşkil olunacaq master-klasa 1 ədəd burger, 1 ədəd fri kartofu, eləcə də foto və videoçəkiliş daxildir. Usta ilə birlikdə hazırlanacaq burgerləri sonda özünüz dadacaqsınız.
Biletlər artıq satışdadır.
Əlaqə nömrəsi: (077) 767 12 72.