Sumqayıtda ustanın ölümü ilə bağlı cinayət işi açılıb. Sumqayıt24 bu haqda 20 sentyabr tarixində Baş Prokurorluğa istinadən xəbər verir.
Hadisə 19 sentyabr saat 10:00 radələrində 6-cı mikrorayon ərazisində qeydə alınıb. Tikilməkdə olan çoxmərtəbəli binada usta kimi çalışan Taleh Həmidov 9-cu mərtəbədən yıxılaraq ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılmaqla ibtidai istintaq aparılır.