Uzun müddət Sumqayıtda çalışmış Natiq Dadaşova yeni vəzifə verildi. Bu haqda Qaynarinfo-ya istinadən xəbər veririk.
Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin əmri ilə Dadaşov - "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsə sədr müavini təyin edildi.
Qeyd edək ki, o, Sumqayıt şəhər İcra Hakimiyyətinin (İH) istehsal və xidmət sahələri sektorunun müdiri idi.