Azərbaycan prospektində qəza olub. Sumqayıt24 bu haqda 1 noyabr tarixində xəbər verir.
Hadisə 10:30 radələrində prospektin Qorki küçəsi ilə kəsişməsində qeydə alınıb. Şahidlərin verdiyi məlumata görə, “Volkswagen” markalı avtomobil yolun kənarında parklanmış “Lada”nı arxadan vurub. Qəzada heç kəs xəsarət almayıb.