Turkiyə şirkətlərinin nümayəndələri Sumqayıt Kimya Sənaye Parkına səfər ediblər. Bu haqda 20 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Səfərdə Bursa Ticarət və Sənaye Palatasına daxil olan 15-dən çox şirkətin əməkdaşı iştirak edib. Qonaqlar təmsil etdikləri müəssisələrin fəaliyyəti və əməkdaşlıq imkanları barədə məlumat veriblər.
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarə heyəti sədrinin müavini Elkiyar Ziyadov görüş iştirakçılarına ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlıq fəaliyyətinin inkişafı üçün mövcud investisiya imkanları barədə məlumat verib.
Sonda qonaqlar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə tanış olublar.