Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan hərbi qulluqçusuna vəzifə verilib. Bu haqda 19 oktyabr tarixində Sumqayıt24 Sumqayit.tv-yə istinadən məlumat verir.
Hərbçi Mahir Məmmədov Azərbaycan Vətənpərvərlər İctimai Birliyinin Sumqayıt şəhər təşkilatının sədri vəzifəsinə təyin olunub.
Mahir Məmmədov 21 il XTQ-də xidmət edib, dəfələrlə xüsusi əməliyyatlarda iştirak edib, 2015-2016-cı illərdə və Vətən müharibəsində yaralanıb, Prezident İlham Əliyev tərəfindən qiymətli hədiyyə ilə mükafatlandırılıb, bir çox medallarla təltif olunub.
Məmmədov, həmçinin Sumqayıt Tibb Mərkəzində mühafizə rəisidir.