Yeni Azərbaycan Partiyası (YAP) Təftiş Komissiyasının növbəti iclası keçirilib. Sumqayıt24 bu haqda 1 noyabr tarixində xəbər verir.
YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova iclasın gündəliyi və müzakirəyə çıxarılan məsələlərdən danışıb. Həmçinin partiyanın Sumqayıt təşkilatı aparatında da aparılmış nəzarət-təftiş tədbirlərinin yekunları və cari məsələlər müzakirə olunub.
Komissiyanın üzvləri gündəlikdə duran məsələlərə münasibət bildiriblər. Müzakirələrdən sonra müvafiq qərarlar qəbul edilib.