YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, partiya fəalı Elçin Əmirbəyov Corat qəsəbəsində partiya fəalları ilə görüş keçiriblər. Sumqayıt24 bu haqda 29 sentyabr tarixində xəbər verir.
Görüş "İsmət Qayıbov" ünvanında təşkil olunub. Ramiz Hüseynov 44 günlük Vətən müharibəsi və 23 saatlıq anti-terror tədbirlərində qazandığımız zəfərdən danışıb. Sonra səmimi mühitdə bir sıra məsələlərə də toxunulub.
Tədibrin sonunda partiya üzvlərini maraqlandıran suallar cavablandırılıb, qarşıda duran məsələlər müzakirə edilib, təkliflər dinlənilib və qeydlər aparılıb.