Sumqayıtda dördmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu haqda 18 dekabr tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Hadisə zamanı binanın pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 6 ədəd sayğac, 6 ədəd elektrik açarı və 6 p.m elektrik kabeli yanıb.
Yanğınsöndürənlər tüstülənmiş mənzillərdən 15 sakini təhlükəsiz əraziyə təxliyə ediblər.
Alov söndürülüb.