Sakinlər “Yaşıl iqtisadiyyat”ın təşviqi” mövzusunda görüşdə iştirak edə bilərlər. Sumqayıt24 bu haqda 10 avqust tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə istinadən xəbər verir.
Sessiya Sumqayıt KOBİM tərəfindən təşkil olunacaq və təlimçi Əli Şükürlünün təqdimatında baş tutacaq. Ödənişsiz təlim 12 avqust saat 12:00-da Heydər Əliyev prospekti, 36-cı məhəllədə yerləşən “Mərkəz Plaza”nın 5-ci mərtəbəsində keçiriləcək.
Əlaqə nömrəsi: (055) 209-30-75.