Sumqayıt Şəhər İcra Hakimiyyəti Yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tender nəticəsini elan edib. Bu haqda 9 sentyabr tarixində Sumqayıt24 Ölkə.az-a istinadən məlumat verir.
Müsabiqənin qalibi “Reyting Group” MMC olub. Qalib şirkətə 739.957 min manat ödəniləcək.
Tenderdə şəhərin çoxmənzilli yaşayış binalarında fasadların, yataqxana binalarının sanitar qovşaqları, dəhliz və girişlərində əsaslı təmir işlərinin satın alınması nəzərdə tutulur.