Mərkəzi Uşaq Kitabxanasında “Uşaqlar üçün heyrətamiz elmi təcrübələr” kitabının təqdimatı keçirilib. Bu haqda 12 avqust tarixində Sumqayıt24 məlumat verir.
"Yayı kitabla keçirək" layihəsi çərçivəsində təşkil olunan tədbirdə SUMbuilders Təlim Olimpiada İstehsal Mərkəzinin təsisçisi və mentoru, beynəlxalq layihələrdə jüri və ekspert olan Tural Süleymanov iştirak edib.
Tural Süleymanov kitabxananın bir qrup fəal oxucularına bu kitabda texnologiya, mühəndislik, incəsənət və riyaziyyat sahələrini əhatə edən 100-dən çox təcrübənin olduğunu vurğulayaraq Kristal Çatertonun müəllifi olduğu “Uşaqlar üçün heyrətamiz elmi təcrübələr” kitabından “Keçiricilik təcübəsi”ni həyata keçirib. Bu təcrübə uşaqlarda böyük marağa səbəb olub.
Sonda kitabxana mütəxəssisi Səbinə Qasımova iştirakçıları “Bunları bilmək maraqlıdır” adlı sərgi ilə tanış etib.