Sumqayıtda yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elxan Elatlının imza saatı keçiriləcək. Bu haqda 28 sentyabr tarixində Sumqayıt24 Azərbaycan Nəşriyyatları Assosiasiyasına istinadən məlumat verir.
İmza mərasimi 15 oktyabr saat 15:00-da III Sumqayıt Kitab Sərgisində təşkil olunacaq.
Qeyd edək ki, sözügedən sərgi ölkənin 30-dan artıq tanınmış nəşriyyatının iştirakı ilə baş tutacaq, müxtəlif faizli endirimlər tətbiq olunacaq.