Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.
Sumqayit24.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq Qərar imzalayıb.
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır.
Beləliklə, Yeni ildə ardıcıl 7 gün iş olmayacaq. 30-31 dekabr, 1- 5 yanvar tarixləri qeyri-iş günü olacaq.