Sumqayıt məktəblərində “Narkomaniya və dini radikalizmə Yox deyək!” adlı görüş keçirilib. Bu haqda 16 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Maarifləndirici tədbirlər 41, 29 və 33 nömrəli məktəblərdə təşkil olunub. Görüş zamanı narkomaniyanın gənclər və yeniyetmələr arasında yayılma təhlükəsindən, dini radikalizmin törətdiyi fəsadlardan danışılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.