Sumqayıt şəhərinin 5-ci mikrorayonunda vətəndaş qəbulu keçirilib. Bu haqda 4 noyabr tarixində Sumqayıt24 xəbər verir.
İcra başçısı Zakir Fərəcov sakinlərin müraciətlərini dinləyib. Görüşdə İH-nin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər iştirak ediblər. Şəhər rəhbəri vətəndaşların səsləndirdikləri məsələlərin operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib. Məsələlərin bir qismi yerindəcə həll edilib.