Sumqayıtın icra başçısı Zakir Fərəcov səyyar qəbul-görüş keçirib. Bu haqda 15 dekabr tarixində Sumqayıt24 ŞİH-yə istinadən məlumat verir.
Şəhərin 4-cü mikrorayon ərazisində baş tutan qəbulda İH-nin məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.
Şəhər rəhbəri sakinləri fərdi qaydada dinləyib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilib. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.