Sumqayıt şəhər icra başçısı Zakir Fərəcov vətəndaş qəbulu keçirib. Bu haqda 22 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Şəhərin 29-cu məhəlləsində baş tutan görüşdə İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və sakinlər iştirak ediblər.
İcra başçısı sakinləri fərdi qaydada dinləyib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilib. Bəzi müraciətlərin araşdırılması və həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.