Sumqayıtın icra başçısı Zakir Fərəcov sakinləri qəbul edib. Bu haqda 7 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Görüş şəhərin 1-ci məhəlləsində keçirilib. Burada İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.
Qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlər dinlənilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir hissəsi yerindəcə həll olunub.